RU

Hollandiya polisi Assen şəhərində incəsənət oğurluğunda şübhəli şəxsi həbs edib

Bakı. Trend:

Hollandiya polisi, Hollandiyanın Assen şəhərindəki Drentemuzeyindən Rumıniya incəsənətinin oğurlanmasında əli olmaqdaşübhəli bilinən dördüncü şəxsi həbs edib.

Trend xəbər verirki, bu barədə NU.nl informasiya portalı məlumat yayıb.

Nəşrin məlumatına görə, həbs edilən şəxs 26 yaşlı gənc olub.Həbsdən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları bir neçəyerdə axtarışlar apararaq, iki avtomobil, mobil cihaz və geyim ələkeçiriblər. Lakin oğurlanmış eksponatlar tapılmayıb.

Qeyd edək ki, yanvarın 25-nə keçən gecə, bir neçə quldurpartlayıcıdan istifadə edərək Drente muzeyinə daxil olub vəKoçofeneştidən demək olar ki, tamamilə təmiz qızıldan hazırlanmışdəbilqə və üç qızıl bilərzik oğurlayıblar.

Избранный
18
26
az.trend.az

10Источники