1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Instagram" sosial şəbəkəsi bir sıra yeniliklər tətbiq edib.
Oxu.Az "Kommersant" qəzetinə istinadən xəbər verir ki, yeniliklərdən biri istifadəçilərə məlumatların göndərilməsini 29 günə qədər əvvəlcədən planlaşdırmaq imkanıdır.
Digər yenilik isə dialoqun yuxarı hissəsində üçədək çatı sabitləmək fürsətidir.
Şirkət bu yenilikləri müxtəlif saat qurşaqlarında ünsiyyətin rahatlığını təmin etmək və aktiv qrup çatlarında mühüm məlumatların saxlanılmasını asanlaşdırmaq məqsədilə tətbiq edib.
Bundan əlavə, servis məlumatların 99 dilə tərcümə edilməsini dəstəkləyən xidməti təqdim edir. Həmçinin istifadəçilərə dostları QR kodların köməyi ilə qrup çatlarına dəvət etmək imkanı yaradılıb.