Asiya Çempionlar Liqasında 1/8 finalın oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, Təbriz təmsilçisi "Traktor" öz meydanında Bəhreyndən "Xaldiya" ilə qarşılaşıb.
Oyun 3:3 hesabı ilə başa çatıb. Cənubi Azərbaycan klubu ilk oyunda 2:1 hesabı ilə qalib gəldiyindən növbəti mərhələyə yüksəlib.
Təbrizlilər bu mərhələdə "Əl Vakrah" (Qətər) və ya "Əl Taavun"(Səudiyyə Ərəbistanı) klubu ilə qarşılaşacaq.
"Traktor" (İran) - "Xaldiya" (Bəhreyn) 3:3
Qollar: Hüseynzadə, 15, Strkalj, 32, Torabi, 71 - Abdulcabbar, 57, 63, İssa, 80
İlk oyun - 2:1