Təl-Əvivin ətrafında boş avtobusların partladılması təhlükəli terror aktının planlaşdırılmasından xəbər verir.
Publika.az xəbər verir ki, bu barədə RİA Novosti agentliyinə İsrail polisinin sözçüsü mayor Mixail Zingerman məlumat verib.
Onun sözlərinə görə, polisə əvvəlcə Bat Yamda bir-birindən bir neçə dəqiqə sonra baş verən iki partlayış barədə məlumat daxil olub. Bunun ardınca Holon şəhərində üçüncü partlayışın baş verdiyi bildirilir.
“Söhbət üç partlayışdan gedir. Bütün ehtimalla, planlaşdırılan çox təhlükəli terror aktının qarşısı alındı", - Zingerman qeyd edib.
Polis sözçüsü əlavə edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hazırda Təl-Əviv rayonunda işləyirlər. Zingerman bildirib ki, polisə şəhərdə və Holonda şübhəli əşyaların tapılması barədə məlumat daxil olub.