RU

Azərbaycan Gürcüstana $30 milyonluq siqaret satıb -Yerli istehsalçının gəlirləri açıqlandı

Azərbaycan 2024-cü ildə daxildə siqaretin istehsalının güclənməsi ilə xaricə ixracı daha da yüksəldib.

Banker.az xəbər verir ki, keçən il Azərbaycandan xaricə 106 milyon qutu və ya 33.6 milyon ABŞ dolları həcmində siqaret satıb. Siqaretin ixrac həcmi illik müqayisədə 88 faiz, ümumi dəyəri isə 135 faiz artıb.

Ölkədə əsas istehsalçı və ixracatçı “Tabaterra” QSC keçən ilki fürsətdən 35 mln. dollar valyuta gəliri əldə edib. Bu 2023-cü ildə cəmi 7.7 mln. dollar təşkil edirdi.

2023-cü il Rusiya Azərbaycan siqaretinin əsas alıcısı olsa da, 2024-cü ildə bu statusu itirmiş olub. Onu Gürcüstan əvəz edib. Gürcüstan keçən il Azərbaycandan ümumi həcmi 90 milyon qutu siqaret üçün 30.7 milyon dollar valyuta ödəyib. Beləliklə, ölkəmizdən siqaret alışını miqdar və dəyərlə müvafiq olaraq 261 faiz və 296 faiz artırıb.

Siqaretin ixracındakı artımla bərabər qiymətlər də 2023-cü ildən daha baha olub. 2023-cü il 20 ədədi və ya 1 qutusu xaricə 25 sentə satılırdısa, 2024-cü ildə qiymətlər 31 sentə qədər bahalaşıb. Lakin əsas alıcı Gürcüstana 1 qutu siqaret öncəki ildə 31 sentə, 2024-cü ildə isə 34 sentə, yəni 3 sent baha satılıb. Nəticədə, bahalaşma ölkəyə Gürcüstandan əlavə 2.7 mln. dollar gəlir gətirib.

2019-cu ilə qədər ixrac-idxal balansında bu məhsul üzrə mənfi saldo mövcud idi və daxildə istehsalın artması ilə müsbət saldoya çevrilib.

Azərbaycanda siqaret istehsalının həcmi ilbəil artır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ilin ilk 10 ayında ölkədə tütün istehsalı 84 faiz 426 tona çatdığı halda, siqaret hazır şəkildə 8 7 faiz artımla 803 mln. qutunu keçib. Ölkənin əsas siqaret istehsalçısı isə “Tabaterra” QSC-dir.

Dövlət Vergi Xidmətinin Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsinin cari ilin yayında bildirdiyinə görə, keçən il Azərbaycanda siqaret istehlakının 98%-i 7 yerli istehsal müəssisəsi vasitəsilə təmin edilib.213123

Избранный
40
banker.az

1Источники