RU

Azərbaycanda AİLƏ FACİƏSİ -Azyaşlılar yanaraq həlak oldular / FOTO

Astarada evdə baş verən yanğın nəticəsində Barzubamd kənd sakinin 1965-ci il təvəllüdlü İmaməddin Xanağa oğlu Məmmədov müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

OXU24.COM  xəbər verir ki, o, Lənkəran Rayonu Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda reanimasiya şöbəsində yerləşdirilmiş İ.Məmmədovun müalicəsi davam etdirilir.

Xatırladaq ki, yanğın hadisəsi Kijəbə ərazi vahidliyinə daxil olan Burzubənd kəndində baş verib. Hadisə nəticəsində iki aşyaşlı uşaq həlak olub.

Bildirək ki, İ.Məmmədov yanğın zamanı həyatlarını itirən 2 azyaşlının babasıdır.

xxx

00:20

Astarada evdə baş verən yanğın nəticəsində iki azyaşlı uşaq yanaraq ölüb.

Hadisə gecə saatlarında rayonun Kijəbə qəsəbəsi ərazisində baş verib.

Fərdi yaşayış evində ortaya çıxan yanğın zamanı iki azyaşlı ölüb.

Hazırda meyitlər ekspertizaya göndərilib.

Faktla bağlı araşdırma davam etdirilir.

 

Избранный
2
1
oxu24.com

2Источники