RU

Bakı Dairəvi avtomobil yolu-Lökbatan istiqamətində hərəkətlə bağlı məhdudiyyət ləğv edilib - YENİLƏNİB

Yolun buz bağlaması səbəbindən Bakı Beynəlxalq Avtovağzalın qarşısından, Bakı Dariəvi avtomobil yolu-Lökbatan dairəsi istiqamətində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

APA xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

***
23:02

Yolun buz bağlaması səbəbindən Bakı Beynəlxalq Avtovağzalın qarşısından Bakı Dariəvi avtomobil yolu-Lökbatan dairəsi istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.

APA xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Sürücülərdən sürət həddini hava şəraitinə uyğun tənzim etmələri, ötmə əməliyyatından və qəfil manevrlərdən çəkinmələri xahiş olunur.

Təcrübəsi az olan sürücülərə buz bağlayan yollarda avtomobil idarə etmək tövsiyə edilmir.

Bildirilib ki, hava şəraiti ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş rejimdə xidmət aparır.

Избранный
23
28
apa.az

10Источники