UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Türkiyə təmsilçilərindən “Qalatasaray” doğma meydanda Niderlandın “AZ Alkmaar” klubunu qəbul edib, “Fənərbağça” isə Belçikada “Anderlext”in qonağı olub. Hər iki qarşılaşma heç-heçə ilə başa çatıb – 2:2.
Bu nəticə ilk oyunda 1:4 hesabı ilə uduzan “cim-bom”un avrokuboklarda mübarizəni dayandırmasını rəsmiləşdirib, evdə “Anderlext”i 3 cavabsız qolla məğlub etmiş “Fənərbağça”nı isə 1/8 finala daşıyıb. “Bülbüllər” bu raundda ya Yunanıstanın “Olimpiakos”, ya da Şotlandiyanın “Reyncers” klubu ilə qarşılaşacaq. 1/8 finalın püşkatması bu gün keçiriləcək.
UEFA Avropa Liqası
Pley-off mərhələsi, cavab oyunları
20 fevral
21:45. “Roma” (İtaliya) – “Portu” (Portuqaliya) – 3:2
İlk oyun – 1:1
21:45. FKSB (Rumıniya) – PAOK (Yunanıstan) – 2:0
İlk oyun – 2:1
21:45. “Qalatasaray” (Türkiyə) – “AZ Alkmaar” (Niderland) – 2:2
İlk oyun – 1:4
21:45. “Budyo-Qlimt” (Norveç) – “Tvente” (Niderland) – 5:2
İlk oyun – 1:2
21 fevral
00:00. “Real Sosyedad” (İspaniya) – “Midtüllann” (Danimarka)- 5:2
İlk oyun – 2:1
00:00. “Anderlext” (Belçika) – “Fənərbağça” (Türkiyə) – 2:2
İlk oyun – 0:3
00:00. “Ayaks” (Niderland) – “Union” (Belçika) – 1:2
İlk oyun – 2:0
00:00. “Viktoriya Plzen” (Çexiya) – “Ferentsvaroş” (Macarıstan) – 3:0
İlk oyun – 0:1.