Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” NİMM-ə istinadən xəbər verir ki, qəza Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində qeydə alınıb.
Hazırda polis əməkdaşları hadisə yerindədir və yük avtomobilinin yoldan kənarlaşdırılması işləri görülür.
***
Yük avtomobili yoldan kənarlaşdırılıb və nəqliyyatın hərəkəti tam bərpa edilib.