RU

"Real" seçimini etdi -

Mövsümün sonunda “Real Madrid”dən ayrılacağı iddia edilən Karlo Ançelottinin yerinə Andoni İraola təyin edilə bilər. Metbuat.az xəbər verir ki, İngiltərənin “Bornmut” klubunun baş məşqçisi bu mövsüm uğurlu işləri ilə diqət çəkir. “Daily Mail” nəşrinin iddiasına görə, “Real Madrid” məşqçinin xidmətində maraqlıdır. Xəbərdə deyilir ki, Ançelottinin yerinə əsas namizəd “Bayer Leverkuzen”in məşqçisi Xabi Alonsodur. Lakin Alonso Almaniyadan ayrılmaq istəmədiyi üçün “Real” Andoni İraolanın namizədliyini nəzərdən keçirir.

Qeyd edək ki, Andoni İraolanın çalışdırdığı “Bornmut” 43 xalla İngiltərə çempionatında 5-ci yerdədir. Karlo Ançelotti mövsümün sonunda “Real Madrid”dən ayrıla biləcəyi barədə iddiaları təkzib etmişdi. “Real”dan ayrılacağı ilə bağlı iddiaları rədd edən Ançelotti klubda qalmaq istədiyini ifadə edib. Ançelotti, “Mən və klub mümkün olduqca birlikdə davam etmək istəyirik” deyə bildirmişdi. Ançelotti “Real” rəhbərliyinin ona etimad göstərdiyini ifadə edib.

Избранный
18
metbuat.az

1Источники