RU

Kürdəmirdə maşın kanala aşdı - 2 nəfər boğulub ÖLDÜ

Ötən gün axşam saatlarında Kürdəmir rayonu Şilyan kəndində “Mitsubishi L200” markalı avtomobil sürüşərək əkin sahəsinin içərisində olan su kanalına düşüb.

Modern.az-ın məlumatına görə, hadisə nəticəsində sürücü 1967-ci il təvəllüdlü Elşən Hacıyev və 1977-ci il təvəllüdlü Cabir Əhmədov həyatını itirib.

Məlumata görə, Elşən Hacıyev Muradxanlı kəndində əkinçilik və maldarlıqla məşğul olub. Hadisə əkin sahəsinə baxışa getdikləri zaman baş verib.

Faktla bağlı Kürdəmir RPŞ-də cinayət işi başlanıb.

Избранный
10
3
modern.az

4Источники