RU

Yeni metro xətlərinin açılması tarif siyasətinə təsir edəcəkmi?

"Bakı Metropoliteni" QSC-nin Kommunikasiya departamentinin rəisi Şaban İmkani Teleqraf-ın suallarını cavablandırıb.

Publika.az müsahibəni təqdim edir.

- Şaban müəllim, 2025-2030-cu illər ərzində 10 yeni metro stansiyasının tikintisi hansı əraziləri əhatə edəcək?

- 2030-cu ilə qədər Prezident İlham Əliyevin təsdiq etdiyi Dövlət Proqramına uyğun olaraq "Bakı Metropoliteni"nin 10 yeni stansiyası inşa olunmalıdır. Bu stansiyalardan 6-sı "Bənövşəyi" xətt üzərində olacaq. Onlardan biri, bildiyiniz kimi, hazırda inşa edilən B-04 şərti adlı stansiyadır. Bu stansiya Heydər Əliyev adına İdman-Konsert Kompleksi ilə 1 saylı Mərkəzi Kliniki Xəstəxananın arxasında yerləşir.

Növbəti stansiya isə “Nizami” metrostansiyasının yaxınlığında olacaq və “Yaşıl xətt”ə keçid funksiyası daşıyacaq. Digər bir stansiya “Sahil” stansiyasının yaxınlığında olacaq, “Qırmızı xətt”ə keçid rolunu oynayacaq.

Bunlardan əlavə, növbəti stansiya "Port Baku" yerləşdiyi ərazidə inşa ediləcək, “Xətai” stansiyasına, yəni “Yaşıl xətt”ə keçid funksiyası daşıyacaq. "Ağ şəhər" layihəsi çərçivəsində Babək prospektinin yaxınlığında metrostansiyanın tikintisi planlaşdırılır.

Qeyd edim ki, “Xətai” stansiyasından sonra 4 stansiya inşa olunacaq. Bunlar “8 Noyabr” prospekti boyunca “Ağ Şəhər” layihəsinin tərkibində olan, hazırda hasarlanmış bir əraziyə yaxın yerlərdir. Onlardan biri “NZS” kimi tanınan yaşayış massivinə “8 Noyabr” prospektindən dönən yolun yaxınlığında, Bakı Avtomobil Zavoduna yaxın ərazidə yerləşəcək. Söhbət tikintisi aparılan, şərti adı “Həzi Aslanov 2” və yaxud Y-17 stansiyasından gedir.

Ümumilikdə 10 stansiyanın tikintisi metropolitenin 88 milyon sərnişinin daşımasına imkan verəcək.

- "Bakı Metropoliteni" 2015-ci ildən innovasiyalar baxımından 4-cü nəsil vaqonların alınmasına başlayıb. Ötən müddət ərzində 150 yeni vaqon alınıb və parkın 50 faizə yaxını məhz yeni nəsil qatarlardır. Qatarların alınması prosesi bu il də davam edəcəyi açıqlanıb. Yeni gətiriləcək vaqonlar mövcud vaqonlardan fərqi nədir?

- "Bakı Metropoleni"nə yeni nəsil vaqonların gətirilməsi ilə bağlı ötən il müqavilə imzalanıb. Müqaviləyə uyğun olaraq, bu il 20 vaqon gətirələcək. Yəni hər biri 5 vaqondan ibarət 4 qatar xəttə buraxılacaq. Xususən qeyd etmək lazımdır ki, bu proses davamlı olacaq.

Избранный
24
9
publika.az

10Источники