RU

Ukraynalı general: ABŞ olmadan ancaq 6 ay davam gətirə bilərik

ABŞ prezidenti Donald Trampın Ukrayna ilə bağlı açıqlamaları ilə Rusiya-Ukrayna müharibəsi üçün yeni dövr başlayıb.

Turkustan.az xəbər verir ki, Tramp Ukrayna müharibəsini “heç vaxt qalib gələ bilməyəcək müharibə” hesab etsə də, sülhə nail olmaq üçün danışıqları dəstəkləyir.

ABŞ-ın Ukraynaya dəstəyini davam etdirib-etməyəcəyi ilə bağlı müzakirələr başlayarkən ukraynalı istefada olan general-leytenant İqor Romanenko mühüm açıqlama verib.

Bir vaxtlar Ukraynanın Baş Qərargah rəisinin müavini vəzifəsində çalışmış İqor Romanenko “Əl-Cəzirə” telekanalına müsahibəsində Ukraynanın ABŞ-sız cəmi altı ay yaşaya biləcəyini deyib və əlavə edib ki, Avropa ABŞ-ı əvəz edə bilməz.

Aytən Yaşar/ Turkustan.az

Избранный
6
turkustan.az

1Источники