RU

Tramp ABŞ-ın Afrika ölkəsində sünnət üçün 12 milyon dollar xərclədiyini açıqladı

ABŞ prezidenti Donald Tramp deyib ki, ölkə Mozambikdə kişi sünnətinə 12 milyon dollar, Banqladeşdə isə "siyasi mənzərəni gücləndirmək" üçün təxminən 30 milyon dollar xərcləyib. Onun sözlərini “Express” sitat gətirir.

“Biz Uqandada sosial və davranış dəyişikliyinə 42 milyon dollar ayırdıq. Respublikaçı qubernatorlarla görüşdə Tramp əvvəlki administrasiyanın xərclərini tənqid edərək, “Mozambikdə biz tibbi sünnətləri təxminən 12 milyon dollara edirik,” -deyib.

O, həmçinin Banqladeşdə “siyasi mənzərənin gücləndirilməsinə” 29 milyon dollar xərcləndiyini qeyd edib və bu terminlə bağlı çaşqınlıq ifadə edib: “Heç kim siyasi mənzərə dedikdə nəyi nəzərdə tutduğunu bilmir. Bu nə deməkdir?"

Almaz Həsənli

Избранный
10
oxumeni.az

1Источники