RU

UEFA Avropa və Konfrans Liqasında səkkizdəbir final mərhələsinin püşkü atılacaq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu gün İsveçin Nyon şəhərində UEFA Avropa və Konfrans Liqasının səkkizdəbir mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Oxu.Az xəbər verir ki, gecəyarısı keçirilən görüşlərdən sonra səkkizdəbir finala yüksələn komandalar bəlli olub.
Beləliklə, UEFA Konfrans Liqasında İspaniyanın "Betis", Kiprin "Pafos", Bosniya və Herseqovinanın "Borats", Danimarkanın "Kopenhagen", Norveçin "Molde", Yunanıstanın "Panatinaikos", Polşanın "Yagelloniya" və Sloveniyanın "Tselye" klubları mərhələ adlayıb. "Çelsi" (İngiltərə), "Vitoriya de Gimarayeş" (Portuqaliya), "Fiorentina" (İtaliya), "Rapid" (Avstriya), "Dyürqarden" (İsveç), "Luqano" (İsveçrə), "Legiya" (Polşa) və "Serkle Brügge" (Belçika) liqa mərhələsindən birbaşa 1/8 finala vəsiqə qazanıb.
UEFA Avropa Liqasında isə "Ayaks", "Fənərbağça", "Viktoria Plzen", "Real Sosyedad", "Roma", "Budyo Qlimt", FKSB və "AZ Alkmaar" mərhələ adlayıb. Latsio" (İtaliya), "Atletik Bilbao" (İspaniya), "Mançester Yunayted", "Tottenhem" (hər ikisi İngiltərə), "Ayntraxt" (Almaniya), "Lion" (Fransa), "Olimpiakos" (Yunanıstan) və "Reyncers" (Şotlandiya) liqa mərhələsindən birbaşa 1/8 finala vəsiqə qazanıb.
Избранный
167
28
oxu.az

10Источники