RU

Nəqliyyat dəhlizləri – dünyaya açılan qapılar

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Cənub – Qərb Nəqliyyat Dəhlizi ilə daşınan yüklərin həcmi 394,2 min ton (2023-cü illə müqayisədə 141,3 min ton və ya 55,9 faiz çox) təşkil edib. 2023-cü ildə isə bu nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi 252,9 min tona çatıb. Hesabat ilində Şimal – Qərb Nəqliyyat dəhlizi ilə yükdaşıma 5 milyon 984,9 min ton (əvvəlki illə müqayisədə 86,3 min ton və ya 1,5faiz çox) olub. Xatırladaq ki, 2023-cü ildə Şimal-Qərb marşrutu ilə daşınmış yüklərin həcmi 5 milyon 898,6 min tona yüksəlib. Ötən il Şimal–Cənub Nəqliyyat Dəhlizi ilə daşınmış yüklərin həcmi isə 9 milyon 896,5 min ton (əvvəlki illə müqayisədə 625,4 min ton və ya 6,7 faiz çox) olub.

Beləliklə, 2024-cü ildə nəqliyyat dəhlizlərində daşınan yüklərin həcmi 33 milyon 258 min ton olub. Yüklərin 15 milyon 277,6 min tonu və ya 46 faizi dəmir yolu, 10 milyon 90 min tonu və ya 30,3 faizi avtomobil, 7 milyon 890,4 min tonu və ya 23,7 faizi dəniz nəqliyyatı ilə daşınıb. Dəhlizlər vasitəsilə daşınan yüklərin 56,6 faizini və ya 18 milyon 840 min tonunu tranzit yüklər təşkil edib.

Bütün bu müsbət göstəricilərin əldə edilməsində respublikamızın fəaliyyəti də xüsusi diqqət çəkib. Belə ki, tarixi İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan Azərbaycan, həm də ötən dövrdə digər dəhlizlərlə müqayisədə yüklərin ölkəmizin ərazisindən keçməklə müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə etibarlı şərait yaradıb, yüklərin daha əlverişli şərtlərlə qısa müddətdə, təhlükəsiz və vaxtında çatdırılmasına, tranzit daşımaların həcminin dəfələrlə artmasını şərtləndirib.

Yuxarıda qeyd edilənlərdən belə nəticəyə gəlinir ki, Prezident İlham Əliyevin iqtisadi şaxələndirmə siyasətində əlverişli coğrafi mövqeyi olan ölkəmizin tranzit potensialının reallaşdırılması mühüm önəm daşıyır. Bununla bərabər beynəlxalq və regional nəqliyyat dəhlizlərinin inkişafı da iqtisadiyyatımızın səmərəliliyinin artırılmasına müsbət təsir göstərir. Eyni zamanda, nəqliyyat, infrastruktur və logistika sahələrində birgə layihələr dövlətimizin iqtisadi imkanlarını genişləndirir, əhəmiyyətini artırır.

Bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsidir ki, son 10 il ərzində nəqliyyat sektorunda orta illik artım tempi 3,5 faiz təşkil edib, yeni infrastruktur qurulub, özəl investisiyalar artıb. Ölkə regional əhəmiyyətli nəqliyyat-logistika və ticarət qovşağına çevrilib və əsas ticarət marşrutlarından bəhrələnməyin əsası qoyulub.

 

Избранный
9
xalqqazeti.az

1Источники