Bu ilin yanvar ayında ölkədən 21 milyon ABŞ dolları dəyərində 73,4 min tondan çox azot gübrəsi ixrac olunub.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 2 dəfə və ya 10,6 milyon dollar, həcm baxımından isə 15,4 faiz və ya 9,8 min ton çoxdur.
Hesabat dövründə gübrənin ümumi ixracda xüsusi çəkisi 0,56 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 4,66 faizə bərabər olub.