RU

Sabirabad aqroparkı istehsalı artırır

“Orta fermer təsərrüfatının aqrar-sənaye klasterlərinə inteqrasiyası” pilot layihəsi çərçivəsində yaradılmış Sabirabad Pilot Aqroparkının ərazisi tam olaraq sahibkarların istifadəsinə verilib. Bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyi məlumat yayıb.

Bildirilib ki, 7 min 544 hektar ərazidə yerləşən aqroparkda ötən müddətdə 8 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Sahibkarlar tərəfindən indiyədək 4 min 100 hektar sahədə əkin işləri görülüb. Bu məqsədlə 22,4 milyon manat investisiya yatırılıb, 98 daimi, 397 mövsümi iş yeri yaradılıb.

Qeyd edək ki, Sabirabad Pilot Aqroparkında müasir suvarma sistemlərinin tətbiqi ilə meyvəçilik, toxumçuluq, heyvandarlıq, taxılçılıq və pambıqçılıq təsərrüfatlarının yaradılması istiqamətində işlər aparılır.

 

Избранный
2
3
xalqqazeti.az

8Источники