ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında mümkün görüş tamamilə Ukrayna üzrə sülh danışıqlarının gedişindən asılıdır və onun nə vaxt keçiriləcəyi hələlik məlum deyil.
Onun sözlərinə görə, ABŞ Rusiya ilə sülh danışıqlarına hazır olub-olmadığını anlamaq üçün rəsmi olaraq birbaşa dialoqu bərpa edib. “Prezident bilmək istəyir ki, ruslar müharibəni bitirməkdə ciddidirlərmi və əgər belədirsə, hansı şərtlər altında”, - Rubio deyib.
Eyni zamanda, Dövlət Departamentinin rəhbəri əmin edib ki, ABŞ Ukraynada müharibəni dayandırmaq üçün birtərəfli qərar qəbul etməyəcək. ABŞ bu məsələ ilə bağlı Avropa İttifaqındakı tərəfdaşları, həmçinin Kiyevlə əlaqə saxlayır: “Rusiya Ukraynanın razılığı olmadan atəşkəs bağlaya bilməz, necə ki, biz Avropanın iştirakı olmadan sanksiyaları ləğv edə bilmərik. Hər kəs iştirak etməlidir". O, həmçinin əlavə edib ki, Rusiya ilə danışıqlar zamanı ABŞ Moskvaya qoyulan məhdudiyyətlərin aradan qaldırılması və Kremlin Kiyevdən tələb etdiyi ərazi güzəştlərini müzakirə etməyib.