RU

Azərbaycan yığmasının Albaniya sınağı

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının II seçmə mərhələsində ikinci oyununu keçirəcək.

Futbolpress.az xəbər verir ki, B Liqasının 4-cü qrupunda yer alan millimiz meydan sahibi Albaniya yığması ilə üz-üzə gələcək. Eqnatiyada yerləşən “Rrogozhine” stadionunda təşkil olunacaq qarşılaşmanı italiyalı baş hakim idarə edəcək. Matç Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

21 fevral

Albaniya (U-19 Qadınlar) – Azərbaycan (U-19 Qadınlar)
Rrogozhine stadionu. Saat 17:30
Baş hakim: Martina Molinaro (İtaliya)
Baş hakimin köməkçiləri: Stefania Signorelli (İtaliya), Andreea Daniela Şuşcă (Rumıniya)
Dördüncü hakim: Roxana Recorean (Rumıniya)

Избранный
35
4
futbolpress.az

10Источники