RU

Qəzada ölən oğlu ilə eyni taleyi yaşadı... - Video - Foto

Xəbər verdiyimiz kimi, ötən gün Kürdəmirin Şilyan kəndində “Mitsubishi L200” markalı pikap tipli avtomobil kanala aşıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, avtomobili idarə edən Elşən Hacıyev fermer imiş. Hadisə o, tanışı Cabir Əhmədovla əkin sahəsinə baxmağa gedərkən baş verib.

Unikal.az-ın verdiyi xəbərə görə, qəzada ölən Cabir Əhmədovun oğlu da 3 il əvvəl yol-nəqliyyat hadisəsi zamanı həyatını itirib. Vətən müharibəsi iştirakçısı olan Yolçu Əhmədov 2022-ci ildə Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində baş verən qəzada həlak olub.

Mərhum Y.Əhmədov “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Fotoda Elşən Hacıyev

Избранный
28
4
qafqazinfo.az

10Источники