RU

Türkiyədən Qazaxıstana xalça ixracı azalıb (ÖZƏL)

Bakı, TurkicWorld

Türkiyə 2025-cü ilin yanvar ayında Qazaxıstana xalça ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 19,8 faiz azalaraq, 2 milyon 530 min 33 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2025 - yanvar 2024) Türkiyə 2 milyon 857 min 807 dollar məbləğində xalça ixrac edib.

Qeyd edək ki, 2025-cü ilin yanvar ayında Türkiyənin dünya bazarlarına xalça ixracı 2024-ci ilin eyni ayı ilə müqayisədə 3,9 faiz azalaraq, 226 min 697 dollara bərabər olub.

2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənin xalça ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz artaraq, 2 milyard 867 milyon 477 min dollara bərabər olub.

Избранный
5
9
turkic.world

10Источники