Bakı. Trend:
Gecə saatlarında Azərbaycan Avtomobil Yolları DövlətAgentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun rəhbərliyi vəagentliyin rəhbər şəxslərinin iştirakı ilə yollarda qarıntəmizlənməsi və buzlaşmanın qarşısını almaq istiqamətində görülənvə görüləcək işlərlə əlaqədar olaraq təcili müşavirə keçirilib.
Trend xəbərverir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyiməlumat yayıb.
Bildirilib ki, müşavirə agentliyin 1 N-li Xüsusi Təyinatli Yolİdarəsi” MMC-də (Qış qarajı) baş tutub.
"Qeydri-sabit hava şəraiti illə əlaqədar keçirilən müşavirədəAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı şəhərində xidmətetdiyi küçə və prospektlərə, o cümlədən respublikanın avtomobilyollarına qarın təmizlənməsinə və buzlaşmanın qarşısını almaqistiqamətində atılan addımlar müzakirə olunub.
Hərəkətin təhlükəsizliyi və fasiləsizliyinin təmin olunmasıistiqamətində problem müşahidə olunan ərazilərə kifayət qədərmaşın-mexanizm və texnika cəlb edilməklə qısa müddətdə yaranmışçətinliyin aradan qaldırılması üçün aidiyyəti struktur bölmələrininrəhbərlərinə tapşırıqlar verilib.
Qeyd edək ki, gecə boyu və səhər saatlarında qar təmizləyən vəduz-qum səpən texnikalar avtonəqliyyat vasitələrinin hərəkətindəproblem müşahidə olunan ərazilərə cəlb edilib. Qısa müdət ərzindəsözügedən yollarda aparılmış tədbirlər nəticəsində hərəkətintəhlükəsizliyi və fasiləsizliyi təmin olunub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsusmaşın-mexanizmlər və canlı qüvvə gecə boyu qarın ən çox yağdığı vəbuzlaşmanın olduğu ərazilərdə vəziyyətə nəzarət edib, hərəkətintəhlükəsizliyi təmin olunması məqsədi ilə gecə və səhər saatlarındabuzlaşma baş verən yollara qum-duz qarışığı səpilib.
Gecə boyu Bakı şəhərinin küçə və prospektlərində, həmçininrespublikanın avtomobil yollarında həyata keçirilmiş qabaqlayıcıtədbirlər nəticəsində avtonəqliyyat vasitələrinin hərəkətindəhər-hansı bir problem müşahidə olunmayıb.
Qeyri-sabit hava şəraitinin davam etməsi ilə əlaqədar yollarnəzarətdə saxlanılır, avtonəqliyyat vasitələrinin təhlükəsiz vəfasiləsiz hərəkətinin təmin olunması məqsədilə qabaqlayıcıtədbirlər görülür",- deyə məlumatda qeyd edilib.