Xəbər verdiyimiz kimi, ötən gün Kürdəmirin Şilyan kəndində "Mitsubishi L200" markalı pikap tipli avtomobil kanala aşıb.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, avtomobili idarə edən Elşən Hacıyev fermer imiş. Hadisə o, tanışı Cabir Əhmədovla əkin sahəsinə baxmağa gedərkən baş verib.
Unikal.az-ın verdiyi xəbərə görə, qəzada ölən Cabir Əhmədovun oğlu da 3 il əvvəl yol-nəqliyyat hadisəsi zamanı həyatını itirib. Vətən müharibəsi iştirakçısı olan Yolçu Əhmədov 2022-ci ildə Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində baş verən qəzada həlak olub.
Mərhum Y.Əhmədov "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.