RU

Ötən ay 21 milyon dollarlıq azot gübrəsi ixrac olunub

Yanvar ayında 21 milyon dollarlıq azot gübrəsi ixrac olunub

Bu ilin yanvar ayında ölkədən 21 milyon ABŞ dolları dəyərində 73,4 min tondan çox azot gübrəsi ixrac olunub.

Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata istinadən, bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 2 dəfə və ya 10,6 milyon dollar, həcm baxımından isə 15,4 faiz və ya 9,8 min ton çoxdur.

Hesabat dövründə gübrənin ümumi ixracda xüsusi çəkisi 0,56 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 4,66 faizə bərabər olub.

Избранный
3
1
operativmedia.az

2Источники