Çində yarasalarda koronavirusun yeni növü aşkar edilib.
Söz.az "South China Morning Post"-a istinadən xəbər verir ki, yeni növ COVID-19 ilə eyni şəkildə ötürülə və insanı yoluxdura bilər.
Yeni koronavirus HKU5 ilk dəfə Honq-Konqda aşkarlanıb.
Tədqiqat Çin Elmlər Akademiyasının mütəxəssisləri də daxil olmaqla bir qrup virusoloq tərəfindən aparılıb.
Qeyd olunub ki, HKU5-CoV-2-nin insan populyasiyalarında görünmə riski şişirdilməməlidir. Lakin ekspertlər əlavə araşdırmalara ehtiyac olduğunu bildiriblər.