RU

Azərbaycan atleti Türkiyədə gümüş medal qazanıb

Bakı, 21 fevral, AZƏRTAC

Azərbaycan atleti Yekaterina Sarıyeva Türkiyənin İstanbul şəhərində keçirilmiş “Ruhi Sarıalp tullanmalar kuboku”nda gümüş medal qazanıb.

Azərbaycan Atletika Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, idmançı qadınlar arasında üçtəkanla tullanma növü üzrə qüvvəsini sınayıb.

O, 13.38 metr nəticə ilə fəxri kürsünün ikinci pilləsinə qalxıb.

 

Избранный
8
1
azertag.az

2Источники