RU

Ötən gün aşkarlanaraq götürülən qanunsuz odlu silah-sursatın sayı açıqlanıb

Bakı, 21 fevral, AZƏRTAC

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirləri davam edir.

Bu barədə AZƏRTAC-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ötən gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 10 avtomat silahı, 5 tapança, 4 qumbara, 12 tüfəng, 7 patron darağı və müxtəlif çaplı 1565 patron aşkar edərək götürüblər.

Избранный
29
8
azertag.az

10Источники