RU

Almaniya Ukraynaya 40 milyard avro xərcləyib

“Berlin Ukrayna savaşına 40 milyard avro xərcləyib”.

"Cebheinfo.az" xəbər verir ki, bunu Almaniya kanslerinin aparat rəhbəri və xüsusi tapşırıqlar üzrə naziri Volfqanq Şmidt "El Pais" qəzetinə müsahibəsində deyib.

"Almaniya Avropada Kiyevə ən çox dəstək verən ölkədir. Qaçqınlara olan xərclər də daxil olmaqla, biz 40 milyard avrodan çox pul xərcləmişik”, - deyə o bildirib.

Nazir vurğulayıb ki, müharibə başlayanda Almaniyanın kifayət qədər böyük müdafiə sənayesi yox idi və bu, tələbləri ödəməkdə çətinlik yaradıb:

“Hətta Almaniya kimi zəngin ölkə üçün belə, bu qədər böyük vəsait ayırmaq ciddi bir çağırışdır”.

Onun sözlərinə görə, Berlinin əsas məqsədi ictimaiyyətin Ukraynaya dəstək məsələsini qəbul etməsini təmin etmək olub:

“Amma sonda maraqlı bir hall baş verdi. Belə ki, KİV bizi kifayət qədər silah göndərmədiyimizə görə tənqid edirdi, xüsusilə Almaniyanın şərqindəki əhalinin yarısı bizi müharibəni uzatmaqda günahlandırırdı”.

Избранный
14
cebheinfo.az

1Источники