RU

Bakıda məktəb şagirdlərindən qürürverici davranış – VIDEO

Bakıda Xəzər rayonu Albalılıq yaşayış massivindəki 322 nömrəli məktəbin şagirdləri qürürverici davranışları ilə diqqət çəkiblər.

Heftelik.az-ın məlumatına görə, bu gün 322 nömrəli məktəbin şagirdləri dərsə gələrkən himnin səsləndiyini eşidiblər.

Bu zaman şagirdlər qışın soyuğuna baxmayaraq, dövlət rəmzlərinə olan hörmətini və milli dəyərlərə bağlılığını nümayiş etdiriblər.

Belə bir davranış məktəb rəhbərliyinin və müəllim kollektivinin düzgün istiqamətləndirilməsinin, həmçinin gənclərin düzgün tərbiyə olunmasının göstəricisidir. Himnimizə hörmət hər bir vətəndaşın borcudur, və bu şagirdlərin nümunəsi qürurvericidir.

Избранный
27
heftelik.az

1Источники