RU

ABŞ dövlət katibi: “Zelenski yalan danışıb”

“Volodimir Zelenski Vaşinqtonun təklif etdiyi nadir torpaq mineralları sazişindən imtina etmək barədə yalan danışıb”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.

Onun sözlərinə görə, Zelenski razılıq əldə etmək istəyirdi, ancaq qanunvericilik prosesindən keçməli idi:

“İki gün sonra oxudum ki, Zelenskinin “Bizim bunu etmək imkanı yoxdur” deyərək razılaşmanı rədd etdiyini bildirib”.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp bəyan etmişdi ki, Vaşinqton Ukraynadan nadir torpaq metalları almaqda maraqlıdır. Bununla belə, Vladimir Zelenski nazirlərinin ABŞ ilə mineral ehtiyatlar üzrə sazişi imzalamasına icazə verməyib, çünki bu, Ukraynanın maraqlarını qorumur. Onun fikrincə, müqavilə tərəflərin gəlir əldə edəcəkləri investisiyalar, eləcə də təhlükəsizlik təminatlarını ehtiva edən zaman Kiyev üçün məqbul olacaq.

“Financial Times”-a görə, Avropa və Ukrayna rəsmiləri hesab edirlər ki, Zelenski Vaşinqtona şərtləri dəqiqləşdirmədən ölkəyə mineral hüquqlarının verilməsi ideyasını təklif edərkən strateji səhvə yol verib.

Избранный
16
cebheinfo.az

1Источники