RU

Azərbaycan Əbu-Dabidə “MALT” konqresində

Finss.az - Azərbaycan Turizm Bürosu və Bakı Konqres Mərkəzi, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən 13-cü “MALT” (Meetings Arabia & Luxury Travel) Konqresində ölkəmizi təmsil ediblər.

Tədbir, Yaxın Şərq regionunun işgüzar turizm və lüks səyahət sahəsindəki ən önəmli tədbirlərdən biri olub.

Dövlət Turizm Agentliyinin məlumatına əsasən, konqresin məqsədi regionun işgüzar turizm və lüks səyahət sahəsindəki aparıcı mütəxəssislərini bir araya gətirmək olub. Sənayenin inkişaf edən trendləri müzakirə edilərək, strateji əlaqələr qurulub və əməkdaşlıq imkanları qiymətləndirilib. Azərbaycan Turizm Bürosu, bu çərçivədə ölkənin işgüzar turizm imkanlarını, lüks hotellərini və regional biznes tədbirləri üçün təqdim etdiyi imkanları nümayiş etdirib.

Tədbir zamanı 20-dən çox B2B (business-to-business) formatında görüş keçirilib, Azərbaycanın turizm potensialı və regionda yerləşən yüksək səviyyəli hotelləri barədə məlumat verilib. Azərbaycanın işgüzar turizm bazarına olan maraq və bu sahənin inkişafı, müxtəlif Yaxın Şərq ölkələrindən 250-dən çox nümayəndənin tədbirdə iştirak etməsi ilə öz təsdiqini tapıb.

Bu konqres, Azərbaycan üçün böyük bir fürsət olaraq, Yaxın Şərq bazarındakı mövqeyini gücləndirmək və yeni əməkdaşlıq imkanları yaratmaq baxımından önəmli addım olub.

Избранный
20
fins.az

1Источники