RU

ABŞ dövlət katibindən COVID-19 virusunun yayılması ilə bağlı İDDİALI AÇIQLAMA

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



COVID-19 virusunun Çinin Uhan şəhərindəki laboratoriyadan sızaraq dünyaya yayıldığı ehtimal olunur. ABŞ-nin dövlət katibi Marko Rubio amerikalı jurnalist Ketrin Herriclə söhbətində bununla bağlı fikirlərini bölüşüb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə jurnalistin "X" sosial şəbəkə hesabında dərc olunub.
Rubionun fikrincə, çinli mütəxəssislər virusla "çox oynayıblar" və onların başlarının belə qarışması dünyada pandemiyaya səbəbə olub.
"Əldə etdiyim məlumatlara əsasən, fikrimcə, böyük ehtimalla Çində təcrübələr aparılarkən virus nəzarətdən çıxıb. Kimsə laboratoriyada bu virusa yoluxub, əvvəlcə Çində, sonra isə bütün dünyada yayılmasına səbəb olub", - deyə M.Rubio qeyd edib.
Xatırladaq ki, ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) COVID-19 pandemiyasının Çinin Uhan şəhərindəki laboratoriyadan virus sızması nəticəsində başladığı versiyasına üstünlük verir. Əvvəllər MKİ bildirirdi ki, virusun heyvandan insana təbii yolla, yoxsa laboratoriya insidenti nəticəsində keçdiyini müəyyən etmək üçün kifayət qədər informasiya yoxdur.
Qeyd olunur ki, qurumun mövqeyinin dəyişməsi təzə kəşfiyyat məlumatlarının əldə edilməsinə deyil, mövcud məlumatların daha diqqətli öyrənilməsinə əsaslanır. Yeni qiymətləndirməyə baxmayaraq, MKİ pandemiyanın mənşəyini araşdırmağa davam edəcəyini və etibarlı yeni kəşfiyyat məlumatları, yaxud açıq mənbələrdən əldə edilən məlumatlar ortaya çıxdığı təqdirdə öz nəticələrinə yenidən baxmağa hazır olduğunu bəyan edib.
Избранный
32
oxu.az

1Источники