RU

Xankəndidə Zəfər parkının salınması üçün 12,9 ha ərazidə işlər aparılır

Xankəndi şəhərinə media-tur təşkil olunub.

APA-nın Qarabağ bürosu xəbər verir ki, jurnalistlər Xankəndi şəhərində Prezident İlham Əliyevin təməlini qoyduğu Zəfər parkı ərazisində olublar.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı media nümayəndələrinə bildirib ki, Xankəndi şəhərində Zəfər parkının salınması məqsədilə 12,9 hektar ərazidə söküntü işlərinin aparılması nəzərdə tutulub.

Ərazi şərti olaraq iki hissəyə bölünüb və 8,3 hektar sahəsi olan birinci hissədə söküntü işləri artıq yekunlaşıb.

İkinci hissə isə 4,6 hektar ərazini əhatə edir. Burada da söküntü işləri aparılacaq: "Ərazidəki mövcud ağacların qorunması məqsədilə aidiyyəti təşkilatlarla birgə baxış keçirilib və müxtəlif növ 262 ağac müəyyən edilib. Bundan başqa, parkın ərazisində 21 növ üzrə 300-dən çox ağacın əkilməsi nəzərdə tutulur. Hazırda ərazidə planlaşdırma işləri görülür".

Qeyd edək ki, Azərbaycanda yaradılan Zəfər parkları Vətən müharibəsində göstərilən qəhrəmanlıqlarn, tarixi qələbənin, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasının rəmzidir.

Избранный
30
2
aznews.az

10Источники