Bakı, 21 fevral, AZƏRTAC
Azərbaycanın idman gimnastı Nikita Simonov Almaniyanın Kotbus şəhərində keçirilən Dünya Kubokunda finala yüksəlib.
Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, idmançı halqalarla hərəkətlərdə yüksək nəticə göstərərək həlledici mərhələyə vəsiqə qazanıb.
Qeyd edək ki, ötən gün start götürən yarışa fevralın 23-də yekun vurulacaq.