RU

Mourinyo: “Mən 2:2-dən sonra sakitlik hiss etdim”

“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo Avropa Liqasının 1/16 finalında “Anderlext”lə cavab oyununu şərh şərh edib.

Arena.az məlumat verir ki, evdə ilk oyunda rəqibini 3:0 hesabı ilə məğlub etmiş “Fənər”, səfərdə Belçika nəhəngi ilə 2:2 hesablı heç-heçə oynayaraq, növbəti mərhələyə adlayıb.

Mourinyo matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Mən komandamın çıxışından məmnunam, ancaq mənə, fasilədə müdaxilə etmək gərək oldu. Oyunçular paltardəyişmə otağında rahatlaşmağa başladılar. Mən, ancaq bizim hesabı bərəbərləşdirməyimizdən – 2:2 etdikdən sonra sakitlik hiss etdim. Komandama, oyunun istənilən dəqiqədə dəyişə biləcəyini hələ anlamaq gərəkdir. Əgər biz ikinci hissənin əvvəlində tez bir qolla cavab verməsəydik, ciddi çətinliklərimiz ortaya çıxa bilərdi”, – UEFA-nın rəsmi saytı “Mour”dan sitat gətirir.

Yarışın 1/8 final mərhələsinə yüksəlmiş “Fənərbaxça” bu raundda “Reyncers” və ya Pirey “Olimpiakos”u ilə qarşılaşacaq.

Избранный
86
3
arena.az

3Источники