RU

AzMİU-da “Müasir dövrdə iqtisadi təhlükəsizliyin təmin olunmasının əsas istiqamətləri” mövzusunda konfrans keçirilib (FOTO)

Bakı. Trend:

Fevralın 21-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin(AzMİU) 50 illik yubileyinə həsr olunan “Müasir dövrdə iqtisaditəhlükəsizliyin təmin olunmasının əsas istiqamətləri” mövzusundaRespublika elmi-praktik konfransı keçirilib. Konfrans Elm və TəhsilNazirliyi ilə AzMİU-nun birgə təşkilatçılığı nəticəsindəgerçəkləşib.

Trendxəbər verir ki, bu barədə AzMİU məlumat yayıb.

Bildirilib ki, konfransda dövlət qurumlarının, elmi-tədqiqatinstitutlarının, özəl sektorun nümayəndələri, tanınmış alimlər,iqtisadçılar və mütəxəssislər iştirak ediblər.

İqtisadi təhlükəsizlik sahəsində müasir çağırışlar və həlliyollarının müzakirə edildiyi konfransda müasir iqtisadi trendlər,rəqəmsal transformasiyanın təhlükəsizliyə təsiri, sənaye və tikintisektorlarında iqtisadi təhlükəsizliyin gücləndirilməsi yollarındanda danışılıb. Eyni zamanda iştirakçılar iqtisadiyyatın müxtəlifsahələrində mövcud olan təhlükəsizlik məsələlərini təhlil edərək,bu məsələlərin gələcəkdə ölkə iqtisadiyyatına təsirini nəzərdənkeçiriblər.

Sənayenin təşkili və idarə edilməsi kafedrasının müdiri dosentRuhəngiz Əliyeva konfransı açıq elan edərək çıxışında sənayesahəsində iqtisadi təhlükəsizliyin təmin olunmasının əhəmiyyətinivurğulayıb. O, sənaye inkişafı ilə iqtisadi təhlükəsizliyinqarşılıqlı əlaqəsinin vacibliyini qeyd edərək, bu sahədə həyatakeçiriləcək tədbirlərin ölkənin davamlı inkişafına xidmət edəcəyinibildirib. Ruhəngiz Əliyeva, həmçinin sənaye sektorunda müasirtexnologiyaların tətbiqinin və optimallaşdırma proseslərininiqtisadi təhlükəsizliyin artırılmasında rol oynadığını qeydedib.

AzMİU-nun tədris işləri üzrə prorektoru professor Akif Qasimovtəhsil sistemindəki islahatların ölkənin iqtisadi təhlükəsizliyinətəsirini və təhsil müəssisələrinin bu sahədəki rolunu vurğulayıb.Akif Qasimov iqtisadi təhlükəsizliklə bağlı elmi tədqiqatların dahada genişlənməsinin və universitetlərdə bu sahədə ixtisaslaşmışkadrların hazırlanmasının vacibliyini qeyd edib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıqkomitəsinin üzvü, millət vəkili, akademik Ziyad Səmədzadə iqtisaditəhlükəsizliyin beynəlxalq əlaqələr və sərmayə qoyuluşları iləəlaqəsini müzakirə edərək, dövlətin strateji siyasətinitəkmilləşdirməyin vacibliyini vurğulayıb. O, xüsusilə, xariciiqtisadi əlaqələrin inkişafı və qlobal bazarlarda mövcud risklərəqarşı ölkənin hazırlıqlı olmasının əhəmiyyətini qeyd edib.

Azərbaycan Sahibkarlar Konfederasiyası prezidentinin başməsləhətçisi Fərid Vəlizadə Azərbaycan Respublikasının Prezidentiyanında Dövlət İdarəçilik Akademiyasının Politologiya və Siyasiidarəetmə kafedrasının professoru Elşad Mirbəşiroğlu, İqtisadiİslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçıdirektorunun müavini Ramil Hüseyn və “Daşınmaz Əmlakın DövlətKadastrı və Reyestri” publik hüquqi şəxsin departament direktoruRəşad Əliyev çıxışında hazırda höküm sürən geosiyasi, geoiqtisadivəziyyət fonunda iqtisadi təhlükəsizliyin əhəmiyyətinə toxunub,vacib olan məqamlar haqqında fikirlər səsləndiriblər.

Konfransın yekununda iştirakçılar iqtisadi təhlükəsizliyin təminolunmasında çoxşaxəli yanaşmaların vacibliyini bir daha vurğulayıb.Gələcək elmi tədqiqatların və əməkdaşlıq perspektivlərininmüzakirəsi zamanı iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsi üçünmüxtəlif sahələrdə birgə fəaliyyətin davam etdirilməsinin önəmiqeyd olunub. Bu tədbir ölkənin iqtisadi təhlükəsizliyiningücləndirilməsi istiqamətində mühüm bir addım olaraqdəyərləndirilib.

AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
Məqalədə:
Избранный
17
2
az.trend.az

3Источники