ABŞ Prezidenti Donald Tramp Oval kabinetin məşhur "Resolute" masasını dəyişib.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Nyu York Post" məlumat yayıb.
"Tramp İlon Maskın oğlunun bir neçə gün öncə burnunu sildiyi masanı əvəzləyib", - məlumatda qeyd olunub.
Bildirilib ki, məşhur "Resolute" masası 1880-ci ildə Böyük Britaniya kraliçası Viktoriya tərəfindən ABŞ-a hədiyyə edilib. Masa Oval kabinetə 1961-ci ildə qoyulub.
Milli.Az