RU

Azərbaycanda sığortalanan əkinlərin sahəsi 6% artıb

Bakı. Trend:

Azərbaycanda aqrar sığortadan istifadə edən fermerlərin sayıartır, sığortalanan əkinlərin sahəsi genişlənir.

Aqrar Sığorta Fondundan Trend-ə verilən məlumata görə, 2024-cü ildə ölkəərazisində sığortalanan əkinlərin sahəsi 447 min hektara çatıb.

2023-cü illə müqayisədə sığortalanan əkinlərin sahəsində 25 minhektar və ya 6% artım qeydə alınıb.

Məlumata əsasən, aqrar sığorta ödənişlərinin artması,fermerlərin aqrar sığortaya inamının yüksəlməsi nəticəsində əkinsahələri və təsərrüfatların sığortalanmasına maraq da artmaqdadır.Belə ki, 2024-cü ildə ölkədə əkin sahələrinin sığortalanması üzrəaqrar sığorta müqavilələrinin sayı 56 662-yə yüksəlib. Bu, əvvəlkiillə müqayisədə 6 min müqavilə və ya 11% artıqdır. Qeyd edək ki,2022-ci ildə əkin sahələri üzrə 46 828 müqavilə, 2023-cü ildə isə50 970 müqavilə bağlanılıb.

Ölkə üzrə ən çox sığortalanan buğda və arpa sahələri olub.2024-cü ilin sonuna olan vəziyyətə sığortalanmış payızlıq buğdasahələri 246 min hektar, payızlıq arpa sahələri 116 min hektartəşkil edib.

2024-cü ildə əkin sahələrinin sığortası üzrə 12,3 milyon manataqrar sığorta haqqı toplanıb və bu əkinlərə ümumilikdə 513 milyonmanat sığorta təminatı verilib.

Ötən il Aqrar Sığorta Fondu bəzi bitkiləri ilk dəfə olaraqsığortalayıb. Bunlar nektarin, qarpız, albalı, yemiş və tütünbitkiləridir. Qeyd edək ki, 2024-cü ildə qarpız sahəsininsığortalanması ilə yanaşı, bu əkin sahəsində baş vermiş hadisə iləəlaqədar olaraq böyük məbləğdə – 94 500 manatlıq sığorta ödənişihəyata keçirilib.

2024-cü ildə Aqrar Sığorta Fondu tərəfindən 3 276 başiribuynuzlu mal-qara sığortalanıb. Bu müqavilələr üzrə 1,9 milyonmanat sığorta haqqı toplanıb və sığortalanan heyvandarlıqtəsərrüfatlarına 20 milyon manat məbləğində sığorta təminatıverilib.

Aqrar sığorta məhsulları, məhsul şərtləri, təklif olunan sığortazərfləri, təminat verilən risklər barədə ətraflı məlumatıwww.asf.gov.az rəsmi vebsaytından və ya 1651 Çağrı Mərkəzinəmüraciət etməklə almaq olar.

Избранный
8
7
az.trend.az

9Источники