"Meydan TV" işi ilə bağlı davam edən istintaqla ötən gün saxlanılan jurnalist Nurlan Qəhrəmanlı (Libre) həbs edilib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Xətai Rayon Məhkəməsi belə qərar qəbul edib.
Hakim prokurorun təqdimatını və müstəntiqin vəsatətini əsaslı hesab edib.
Qərara əsasən, Nurlan Libre barəsində 1 ay 17 günlük həbs qətimkan tədbiri seçilib.
Milli.Az