RU

AB müşahidəçiləri yenə sərhədimizdə - Video

Avropa Birliyinin Azərbaycanla sərhəddə yerləşdirilmiş "müşahidəçilər"inin fəallığı səngimək bilmir.
BUTA.TV xəbər verir ki, bununla bağlı Trend-ə yeni görüntülər daxil olub. AB-yə məxsus iki ədəd "Toyota” markalı avtomobildə "müşahidəçilər" Ermənistan-Azərbaycan sərhədinə yaxınlaşaraq, ərazilərimizi izləməyə başlayıblar. "Müşahidəçilər"in fəaliyyəti Dövlət Sərhəd Xidmətinin hərbçilərinin gözündən yayınmayıb. Onların bizim ərazilərimizi izlədiyi kimi, bizim hərbçilər də onların fəaliyyətlərini diqqətlə izləyirlər.

Həmin görüntülərini təqdim edirik:

Избранный
22
17
buta.tv

10Источники