Avstraliyalı meteoroloqlar baş nazir Entoni Albanezenin adı ilə eyni olduğu üçün siklonun adını dəyişmək qərarına gəliblər.
Qaziler.az “9news” portalına istinadla yazır ki, bu barədə Avstraliya Meteorologiya Bürosunun nümayəndəsi bildirib.
Büro izah edib ki, Avstraliyanın şimal sahillərinə yaxınlaşan tropik siklonun “Anthony” (Entoni) adlandırılması düşünülürdü, lakin daha sonra ona “Alfred” adının qoyulması barədə qərar verildi.
“Siklon adı dövrümüzün görkəmli şəxsiyyətinin adı ilə üst-üstə düşəndə, çaşqınlığa yol verməmək üçün sıranı eyni hərflə başlayan növbəti ada dəyişirik”, - portal büro nümayəndəsinin bəyanatından sitat gətirib.
Portal qeyd edib ki, meteoroloqlar əlifba sırasına uyğun olaraq yaxınlaşan siklonlara qadın və kişi adlarının verilməsi ənənəsini qoruyub saxlayıblar.
QAZİLER.AZ