RU

Qarlı və buzlu havada təhlükəsizlik hər zaman ön planda olmalıdır -AÇIQLAMA

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə əlaqədar olaraq 55 nəfər müraciət edib.
Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub.
2 nəfərə cərrahi müalicə tətbiq olunub.

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev "Sherg.az"a açıqlamasında bildirib ki, qar yağması və yolların buz bağlaması insanların təhlükəsizliyi üçün ciddi təhlükələr yarada bilər:
 
“Hava şəraitini nəzərə alaraq, insanlar təhlükəsizliklərini ciddiyə almalıdırlar. Şaxtalı, qarlı havada hansısa bir yerə səfərlər edirlərsə və yaxud da istirahət üçün harasa gedilərsə, mütləq həmin yerdəki hava şəraitini, orada qarşılaşa biləcək təhlükələr nəzərə alınmalıdır. Çox vacib deyilsə, əlbəttə, bunları müvəqqəti də olsa, təxirə salmaq  təhlükəsizlik baxımından daha məqsədəuyğun olar. Piyada hərəkət edən zaman  yolun, sürüşmə ehtimalını nəzərə alaraq, ayaq geyimini ona uyğun seçməli, aşma təhlükəsi ilə olan qurğuların, reklam lövhələrindən mümkün qədər uzaq durması daha məsləhətlidir.  Belə havada elektrik cihazlarına tələbat da artdığı üçün normadan artıq yüklənməməsinə diqqət etmək lazımdır. Ən əsası isə elektrik və qaz cihazlarını nəzarətsiz buraxmamaq lazımdır. Qar və buzlu hava şəraitində təhlükəsizlik hər zaman ön planda olmalıdır”.
Избранный
29
sherg.az

1Источники