Ölkə ərazisində şaxtalı hava nə vaxta qədər davam edəcək?
Bu il fevralın 20-dən başlayan şaxtalı hava şəraiti nir neçə gün davam edəcək.
Operativ Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
O qeyd edib ki, ən rekord şaxta 2012-ci ilin fevralında qeydə alınıb: "Son 40 il ərzində fevral ayında ən aşağı temperatur 2012-ci ildə qeydə alınıb və fevral ayının 1-dən başlayan şaxtalı hava şəraiti 13 gün davam edib. Havanın minimal temperaturu fevralın 8-də Bakıda mənfi 11 dərəcə olub, bununla da 1969-cu ilin 9-10 fevral rekordu (9.6 dərəcə şaxta) yenilənib"