RU

Nişanlısı üçün təcridxanaya telefon keçirməyə cəhd etdi

Bakı istintaq təcridxanasına məhkum üçün gətirilən sovqatın içərisində mobil telefonların keçirilməsinin qarşısı alınıb.

Publika.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Penitensiar xidməti məlumat yayıb.

Bildirilib ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində həbs olunmuş şəxs Əbdüləli Yadigar oğlu Quliyevə nişanlısı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman qazanın içərisində xüsusi üsulla gizlədilmiş 2 ədəd işlək vəziyyətdə olan "Samsung" markalı mobil telefon aparatı, 2 ədəd elektrik qidalandırıcısı və 2 ədəd qulaqcıq aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

Избранный
5
20
publika.az

10Источники