Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2024/2025-ci illər mövsümünün 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.
Arena.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunmuş püşkatmadan sonra komandaların bu raunddakı rəqibləri bəlli olub.
İspaniya təmsilçisi “Betis” 1/4 finala vəsiqə uğrunda “Vitoriya” (Portuqaliya) ilə qarşılaşacaq.
İtaliyanın “Fiorentina” komandası bu raundda “Panatinaikos”la (Yunanıstan) üz-üzə gələcək.
İngiltərə nəhəngi “Çelsi” isə “Kopenhagen” (Danimarka) ilə mübarizə aparacaq.
Xatırladaq ki, Konfrans Liqasında 1/8 final mərhələsinin ilk oyunları martın 6-da, cavab görüşləri 13-də keçiriləcək.
Avropa Konfrans Liqası
1/8 final (6 və 13 mart)
- “Betis” (İspaniya) – “Vitoriya” (Portuqaliya)
- “Çelye” (Sloveniya) – “Luqano” (İsveçrə)
- “Borats” (Bosniya və Herseqovina) – “Rapid” (Avstriya)
- “Molde” (Norveç) – “Legiya” (Polşa)
- “Yagelloniya” (Polşa) – “Serkl Brügge” (Belçika)
- “Panatinaikos” (Yunanıstan) – “Fiorentina” (İtaliya)
- “Pafos” (Kipr) – “Yurqorden” (İsveç)
- “Kopenhagen” (Danimarka) – “Çelsi” (İngiltərə)
1/4 final (10 və 17 aprel)
- 2-ci cütün qalibi – 6-cı cütün qalibi
- 8-ci cütün qalibi – 4-cü cütün qalibi
- 7-cü cütün qalibi – 3-cü cütün qalibi
- 1-ci cütün qalibi – 5-ci cütün qalibi
Yarımfinal (1 və 8 may)
- 9-cu cütün qalibi – 10-cu cütün qalibi
- 11-ci cütün qalibi – 12-ci cütün qalibi
Final (28 may, Vrotslav)
13-cü cütün qalibi – 14-cü cütün qalibi