RU

Ukrayna saziş layihəsini ABŞ-yə göndərdi

ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında fikir ayrılıqlarına baxmayaraq, Kiyev və Vaşinqton Ukraynada faydalı qazıntıların hasilatına dair sazişlə bağlı daim təklif mübadiləsi aparır.   Manset.az TASS-a istinadən xəbər verir ki, bu barədə "Agence France-Presse" agentliyi məlumat yayıb. Kiyevdəki mənbə bildirib ki, Ukrayna hakimiyyəti ötən gün ABŞ-yə yeni saziş layihəsi göndərib. "Tərəflər davamlı olaraq layihə mübadiləsi aparır, dünən biz daha bir layihə göndərdik. Ukrayna tərəfi ABŞ-dən cavab gözləyir", - məlumatda qeyd olunub.

Fevralın əvvəlində Tramp bildirib ki, Vaşinqton Ukraynadan nadir torpaq metalları almaqda maraqlıdır. ABŞ və Ukrayna KİV-in məlumatına görə, saziş Ukraynada faydalı qazıntı hasilatından əldə edilən gəlirin yarısı üzrə hüquqların ABŞ-yə verilməsini nəzərdə tutur. Söhbət təkcə nadir torpaq metallarından yox, titan, uran, qaz və neftdən gedir.

Избранный
22
6
manset.az

7Источники