RU

Avropa İttifaqı Ermənistanın silahlanmasına yenidən pul ayırır

Avropa İttifaqı (Aİ) Ermənistana dəstəyini davam etdirir.

APA-nın özəl mənbələrdən əldə etdiyi məlumatlara görə, Aİ yaxın zamanda Ermənistana müdafiə qabiliyyətini artırmaq üçün Avropa Sülh Fondundan yeni tranş ayırmağa hazırlaşır. Artıq vəsaitin ayrılması ilə bağlı ilkin razılıq var.

"Bu vəsaitin də Ermənistanın silahlanması üçün istifadə olunacağı şübhə doğurmur" mənbə agentliyə deyib.

Xatırlatmaq yerinə düşər ki, Avropa İttifaqı dəfələrlə Azərbaycan və Ermənistanı sülhə çağıran bəyanatlar verib, danışıqlar üçün məkan olub. Bu bəyanatların fonunda Ermənistanı təktərəfli silahlandırması isə anlaşılan deyil və müəyyən suallar doğurur.

Avropa Sülh Fondundan Ermənistana 10 milyon tranş ayrılmışdı

Qeyd edək ki, 2024-cü ildə də Aİ Avropa Sülh Fondundan Ermənistana tranş ayırmışdı. Avropa İttifaqı Şurası tərəfindən iyulun 22-də “Avropa Sülh Fondu” çərçivəsində Ermənistana 10 milyon avro məbləğində hərbi yardım edilməsi barədə qərar qəbul edilmişdi.

Azərbaycanın reaksiyası

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə həmin vaxt Avropa İttifaqı Şurasının qərarını "yanlış və təhlükəli, regionda gərginliyin artmasına xidmət edən addım" adlandırmışdı.

Избранный
11
7
aznews.az

10Источники