RU

U-19 milli komandamız Albaniya ilə qarşılaşdı

style='margin-bottom:10px;'>

Azərbaycanın qadınlardan ibarət U-19 millisi bu gün Avropa çempionatının 2-ci seçmə mərhələsində 2-ci oyununu keçirib.

QOL.az xəbər verir ki, B Liqasının 4-cü qrupunda yer alan millimiz meydan sahibi Albaniya yığması ilə üz-üzə gəlib.

Eqnatiyada yerləşən “Rrogozhine” stadionunda təşkil olunacaq qarşılaşmanı italiyalı baş hakim idarə edib. Matç meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. 

Qeyd edək ki, U-19 daha əvvəl Şimali İrlandiyaya 0:4 hesabı ilə uduzub. Millimiz sıfır xalla qrupda sonuncudur. Albaniya millisi isə 3 xalla 2-ci yerdədir. 

U-19 qrupda son oyununu fevralın 24-də Monteneqro millisinə qarşı keçirəcək.

21 fevral

17:30. Albaniya (U-19 Qadınlar) - Azərbaycan (U-19 Qadınlar) - 4:0

Qollar: Ndoj, 23, 47, Vasa, 56, 70

Baş hakim: Martina Molinaro (İtaliya)

Baş hakimin köməkçiləri: Stefania Signorelli (İtaliya), Andreea Daniela Şuşcă (Rumıniya)

Dördüncü hakim: Roxana Recorean (Rumıniya)

Rrogozhine stadionu.

Избранный
15
1
teleqraf.com

10Источники