RU

Səfir: Yaponiyaya səfər edən azərbaycanlıların sayında kəskin artım var

Pandemiyanın sonundan bəri Yaponiyaya səfər edən azərbaycanlıların sayında kəskin artım müşahidə edilir.

Sherg.az xəbər verir ki, bunu Yaponiyanın Azərbaycandakı səfiri Katsuya Vatanabe bu ölkənin imperatoru Əlahəzrət Naruhitonun doğum gününə həsr olunan rəsmi qəbulda çıxışı zamanı deyib.

“Daha çox azərbaycanlının Yaponiyanı yaxından tanıması ilə bərabər, yaponların da möhtəşəm Azərbaycanın cazibəsilə tanış olmalarını istərdim. Vizual mediadan istifadə etməklə yayım, turizm tədbirlərinin keçirilməsi ilə ölkələr arasında turizm sahəsinin inkişafına yönəlmiş mümkün əməkdaşlıq imkanlarının axtarılmasının gərəkli olduğunu düşünürəm”, - səfir əlavə edib.
Избранный
34
sherg.az

1Источники